Mübariz Əhmədoğlu: Həmsədrlər Sərkisyanı ram etməyə cəhd edəcəklərmi? | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Həmsədrlər Sərkisyanı ram etməyə cəhd edəcəklərmi?

10:36 - 08 / 06 / 2017
Mübariz Əhmədoğlu: Həmsədrlər Sərkisyanı ram etməyə cəhd edəcəklərmi?

Həmsədrlərin regiona növbəti səfəri əvvəlkilərdən prinsipial fərqlidir. S.Sərkisyanın prezidentliyinin başa çatmasına 10 ay qalıb. Qalan 10 ayda S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinə imkan verməməyə çalışacaq. 2008-ci ildən hakimiyyətdə olan S.Sərkisyan hakimiyyətinin yalnız ilk aylarında Azərbaycanla barışığın tərəfdarı oldu.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu həmsədrlərin regiona növbəti səfəri və Sərkisyanın prezidentliyinin başa çatması ilə bağlı xəbəri şərh edərkən bildirib:

Onun fikrincə, hətta “BBS” radiosuna verdiyi müsahibəsində Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa və Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə çağırdı.

“2008-ci ildə S.Sərkisyan qan üstündə hakimiyyətə gəldiyi üçün Qərbin onun prezidentliyinin legitimliyinin tanımayacağından qorxurdu. Qərb bəzi məsələlərə görə yaranmış vəziyyətdən istifadə etmədi. Beləliklə S.Sərkisyanın tənzimlənməyə razılıq verməsi dövrü arxada qaldı.

Prezidentliyinin sonunda S.Sərkisyan yenidən mürəkkəb suallar qarşısındadır. Həm Ermənistan üzərində hakimiyyətini saxlamalı və belə hakimiyyətinin legitimliyinə nail olmalıdır. O, bu məqsədlərinə Qarabağ tənzimlənməsində güzəştə getmədən nail olmağa çalışacaqdır.

RF Dağlıq Qarabağ tənzimlənməsində üstünlüyü ələ alıb. Bu üstünlük ABŞ tərəfindən qəbul edilir. Amma S.Sərkisyan Kremlin planlarını növbəti dəfə alt-üst etdi”.

Mübariz Əhmədoğlu qeyd edib ki, Qarabağ tənzimlənməsində Putinin variantını sakitcə qəbul etməyən S.Sərkisyan Emənistanda hakimiyyətdə Rusiyapərəst ermənilərin çoxluğu ilə bağlı Kremlin arzularının reallaşmasına növbəti dəfə maneçilik etdi;

“Parlament spikeri seçilməsində Rusiyanın maraqlarınin təmin olunmasına imkan verməyən S.Sərkisyanın bu hərəkətinə hələki RF tərəfdən heç bir reaksiya yoxdur. Belə sükutun Ermənistan üçün faydalı olacağını düşünmürük. Hər şey Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı növbəti təşəbbüsünü irəli sürməsinin vaxtından asılıdır. RF-in prezidentlərin görüşünün vaxtını gecikdirməsi S.Sərkisyana çox baha başa gələ bilər. Qarabağ məsələsində ciddi zərbə alan S.Sərkisyanın yaranmış vəziyyəti ermənilərə izah etməyə vaxtı çatmaya bilər.

ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli mövqeyində aktivlik var. D.Tramp administrasiyasının bu tənzimlənməyə yeni yanaşma nümayiş etdirməsi çox ehtimallıdır.

Fransanın yeni prezidenti də yaranmış vəziyyəti düzgün dəyərləndirib, aktivlik nümayiş etdirəcəkdir. Amma bütün bunların hamısının reallaşması vasitəçilik missiyasını praktiki cəhətdən icra edən həmsədr ölkələrin üç  məmurundan asılıdır. Onlar Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəyə yaşıl işıq yandırmaq niyyətində olmasalar, çox asanlıqla S.Sərkisyanın prezidentlərin görüşündən yayınmaq üçün seçdiyi taktikanı neytrallaşdıra biləcəklər”.

S.Xankişiyeva

Paylaş:
611

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər