Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib – FOTO

13:31 - 09 / 06 / 2017
Səbaildə Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib – FOTO

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Milli Qurtuluş Günü ilə əlaqədar möhtəşəm bayram konserti təşkil olunub.

1news.az-ın məlumatına görə, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Eldar Əzizov, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivləri, veteran və gənclər təşkilatının, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, KİV nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında təşkil olunan, dünya və Azərbaycan bəstəkarlarının  klassik musiqisindən ibarət bayram tədbirində  qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezidenti İlham Əliyev uğurla inkişaf etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.

Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə Prezident təqaüdçüsü Murad İbrahimov, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəlilova və Orxan Cəlilovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənib, konsert iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanıb.

Bayram konserti atəşfəşanlıqla başa çatıb.

Babək Cahandarov

Paylaş:
712

Son xəbərlər

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52
Bütün xəbərlər