Bakıda qadının bankomat kartını oğurlayıb hesabındakı pulları çıxardan şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadının bankomat kartını oğurlayıb hesabındakı pulları çıxardan şəxs tutuldu

14:19 - 09 / 06 / 2017
Bakıda qadının bankomat kartını oğurlayıb hesabındakı pulları çıxardan şəxs tutuldu

Polis əməkdaşları qadının bankomat kartını oğurlayaraq hesabındakı pulları götürən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Can Əliyevanın çantasından bankomat kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanaılıb.

Babək Cahandarov

Paylaş:
971

Son xəbərlər

Bütün xəbərlər