Fövqəladə Hallar və Təhsil nazirlikləri birgə təlim keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar və Təhsil nazirlikləri birgə təlim keçirib

11:26 - 09 / 06 / 2017
Fövqəladə Hallar və Təhsil nazirlikləri birgə təlim keçirib

Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda yerləşən 139 nömrəli məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

1news.az-ın məlumatına görə, təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verilməsi, məktəb kollektivi təhlükəsiz yerə təxliyyə edilməsi nəzərdə tutulub.

Təlimə FHN-ə məxsus xüsusi texnika, o cümlədən yanğınsöndürən və təcili tibbi yardım maşınları da cəlb edilib.

Babək Cahandarov

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər