Bakıda obyekt tikintisi zamanı yaşıllıqlara ziyan vuruldu

Bakının Xətai rayonunda obyekt tikintisi zamanı 1 şam tingi və 6 nar kolu məhv edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı ərazidə obyekt tikintisi aparılarkən 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3 360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib edilib və onun cərimələnməsi istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, onlara identifikasiya etiketləri vurularaq “agac.az” portalında yerləşdirilib.











