Qazaxda bədbəxt hadisə: iki qardaş suda boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda bədbəxt hadisə: iki qardaş suda boğulub

16:50 - 11 / 06 / 2017
 Qazaxda bədbəxt hadisə: iki qardaş suda boğulub

Qazax rayonunda iki qardaş  suda boğulub.

1news.az Apa-ya istinadla xəbər verir ki, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub.

Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

 

Paylaş:
1036

Son xəbərlər

Bütün xəbərlər