Harvardın müəllim və tələbələri Azərbaycanda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Harvardın müəllim və tələbələri Azərbaycanda – FOTO

17:06 - 12 / 06 / 2017
Harvardın müəllim və tələbələri Azərbaycanda – FOTO

Ötən həftə ABŞ-ın bütün dünyada məşhur olan Harvard Universitetinin magistr proqramlarının müəllim və tələbələri ölkəmizdə səfərdə olublar.

1news.az-ın AzVision-a istinadən verdiyi xəbərə görə, səfər zamanı onlar müxtəlif yerlərdə olub, rəsmi şəxslərlə görüşlər keçiriblər.

Səfərin təşkilində əsas məqsəd qonaqları Azərbaycanla yaxından tanış etmək, onlara ölkəmizin siyasi və iqtisadi həyatı haqqında ətraflı məlumat vermək olub.

Milli Məclisdə, Ali Məhkəmədə, “ASAN Xidmət”də Harvardın tələbə və müəllim heyətilə görüşlər keçirilib. Həmçinin onlar Azərbaycan Diplomatik Akademiyasında təşkil edilən Dəyirmi Masaya qatılıblar. Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, “ASAN xidmət”in sədri İnam Kərimov, Bakı Portunun rəhbəri Taleh Ziyadov və ADA-nın dekanı Elnur Sultanovun iştirakı ilə keçirilən dəyirmi masada qonaqlara ölkəmizin tarixi, müstəqillik yolu, inkişaf strategiyası, aparılan uğurlu islahatlar, Asan Xidmət modeli barədə məlumatlar verilib və xüsusi təqdimatlar edilib. Daha sonra qonaqların Azərbaycanla bağlı sualları cavablandırılıb.

Tədbir müddətdinə həmçinin ölkəmizni xarici siyasəti, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı məsələlər, sülh danışıqlarının gedişatı qonaqlarla müzakirə olunub. 

Tələbələr həmçinin Harvard Universitetinin azərbaycanlı məzunları ilə görüş keçiriblər. 

Həftənin sonunda isə qonaqlar Azərbaycanın gözəl guşələrinə - Şəki və Qəbələyə səfər ediblər. Beləliklə, onlar ölkəmizin təbiəti, regionların inkişafı və turizm potensialı ilə də əyani şəkildə tanış olublar. 

Qeyd edək ki, səfər Harvard Unviersitetini bir qrup azərbaycanlı məzunları tərəfindən təşkil edilib.

Babək Cahandarov

Paylaş:
835

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər