Bakıda mağaza yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağaza yanıb

09:26 - 12 / 06 / 2017
Bakıda mağaza yanıb

Bakıda yerləşən mağazalardan birində güclü yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər