Saatlıda dini icma sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda dini icma sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

21:33 - 13 / 06 / 2017
Saatlıda dini icma sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı  Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı, Saatlı şəhər “Cümə” məscidinin axundu Vadər Əliquliyev,  dini icma sədrləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini  bildirib. O, cənab Prezident tərəfindən bu ilin "İslam Həmrəyliyi İli” elan olunmasını, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi  model kimi qəbul edildiyini diqqətə çatdırıb.

Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən Səyyad Salahlı hər bir müsəlmanın təəssübkeşlikdən qaçmalı olduğunu və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib.  O, bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini vurğulayıb.

Komitə sədrinin birinci müavini İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Babək Cahandarov

Paylaş:
818

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər