Azərbaycanda erməni məhsulları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda erməni məhsulları aşkar edilib

11:05 - 14 / 06 / 2017
Azərbaycanda erməni məhsulları aşkar edilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb.

1news.az-a DSX-nin mətbuat xidmətindən verilən məlumata əsasən, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 951,3 qram narkotik maddə aşkar edilərək götürülüb.

“Xaş-xaş-2017” şərti adı altında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala və Şəmkir rayonlarının sərhədyanı ərazilərində 15873 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər yığılaraq ictimaiyyətin və hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 184 min 378 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 376 qutu pirotexniki vasitə, 7 ədəd qayıq, 43500 ABŞ dolları, 10000 Avro, 4528 qutu siqaret, 208 ədəd mobil telefon, 3914 ədəd müxtəlif növ dərman preparatları, 7 ədəd Ermənistanın təsvirləri olan kitabça, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
770

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər