Yaşar Aydəmirov: Ermənistanın virtual məkanda atdığı addımlar da uğursuzluqla nəticələnir | 1news.az | Xəbərlər
Siyasət

Yaşar Aydəmirov: Ermənistanın virtual məkanda atdığı addımlar da uğursuzluqla nəticələnir

16:15 - 10 / 08 / 2017
Yaşar Aydəmirov: Ermənistanın virtual məkanda atdığı addımlar da uğursuzluqla nəticələnir

Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir.

1news.az-ın məlumatına görə, bunu hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan mətbuatında gedən dezinformasiya xarakterli yazılara münasibət bildirərkən deyib:

“Erməni mətbuatı guya azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etmələri barədə dezinformasiya xarakterli məlumatlar yayır. Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik və təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil”.

Hərbi ekspertin sözlərinə görə, ermənilərin şişirdərək guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır:

“Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər ancaq vəziyyətə bələd olmayan, daima aldadılan erməni əhalisi üçün keçərli ola bilər və özlərini təmizə çıxarmaq məqsədi daşıyır”.

Y.Aydəmirov bildirib ki, dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətə dair olduğu iddia edilən guya “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyinə” ünvanladığı “məktub”dur:

“Bu saxta “məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız parçasıdır.

Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı ordudakı neqativ hallar barədə ortalığa çıxan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır”.

Babək Cahandarov

Paylaş:
745

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər