Meteoroloqlar: Bakıda rekord isti qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlar: Bakıda rekord isti qeydə alınıb

11:11 - 10 / 08 / 2017
Meteoroloqlar: Bakıda rekord isti qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 9-da müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da  2015-ci il 2 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək  isti qeydə alınıb.

Babək Cahandarov

Paylaş:
775

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər