Zakir Həsən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib

12:50 - 13 / 08 / 2017
 Zakir Həsən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib

Moskva şəhərində səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan “Dostluq Evi”nə gəliblər.

Burada onlar müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmuşlar.

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

1news.az

Paylaş:
711

Son xəbərlər

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıbBu gün, 10:18Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilibBu gün, 10:14“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilibBu gün, 09:59AMB iyulun ilk gününə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32Bu gündən şəhərdaxili sərnişin daşıyan avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdırBu gün, 09:08Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:05Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənibBu gün, 09:03Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23
Bütün xəbərlər