Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb

17:43 - 14 / 08 / 2017
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Nepalda aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər həlak olub.

1news.az-ın məlumatına görə, daha 35 nəfər itkin düşmüş hesab edilir.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, bir sıra bölgələrdə sakinlərin və turistlərin təxliyəsinə fillər də cəlb edilib. Ümumilikdə 300-ə yaxın turist fillərin köməyi ilə təxliyə olunub.

Yağıntılar Nepalda avqustun 11-dən davam edir.

1news.az

Paylaş:
669

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər