Əlil, veteran və aztəminatlı ailələrin uşaqları üçün Qubada istirahət düşərgəsi təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlil, veteran və aztəminatlı ailələrin uşaqları üçün Qubada istirahət düşərgəsi təşkil olunub – FOTO

13:19 - 15 / 08 / 2017
Əlil, veteran və aztəminatlı ailələrin uşaqları üçün Qubada istirahət düşərgəsi təşkil olunub – FOTO

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail rayon İcra Hakimiyyəti tərəfindən hər il olduğu kimi bu il də bu istiqimətdə bir sıra tədbirlər  hazırlanıb.

İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, artıq Qusar rayonundakı “N” saylı hərbi hissəsində yaradılmış “Gənc Heydərçilər” düşərgəsində 150 yeniyetmə istirahət edərək evlərinə qayıdıblar.

Həmin işlər çərçivəsində növbəti tədbir paytaxtımızın mərkəzindəki “Sahil bağı”nda təşkil olunub. Səbail rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının ənənəvi olaraq həyata keçirdiyi birgə layihəsi əsasında təşkil olunmuş “Şahinlər” yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib.

Quba şəhərinin mənzərəli yerində Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıblar.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlanıb.

Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Sahil bağı”nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalıdə Bayramova ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb.

Bildirilib ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılıb.  

DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik  Mətləb Qənbərov uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq qeyd edib ki, Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılan düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, RİH ilə birgə istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınib.

Qeyd edək ki, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.

Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. 

Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək və Qubaya yola düşüblər.

Babək Cahandarov

Paylaş:
949

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər