Lənkəranda ağır qəza: ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda ağır qəza: ölənlər və yaralananlar var

10:56 - 16 / 08 / 2017
Lənkəranda ağır qəza: ölənlər və yaralananlar var

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ölənlər Lənkəranın İstisu kənd sakinləri - “VAZ 2107”nin sürücüsü Kamran Xudiyev və sərnişini, 1972-ci il təvəllüdlü Səbirə İmran qızı Əlimirzəyevadır. 

Xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü  Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.

Qəza zamanı xəsarət alan 5-ci şəxs isə Facir Mahir oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Babək Cahandarov

Paylaş:
617

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər