Rusiya portalı Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını kəskin tənqid edən məqalə yayıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiya portalı Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını kəskin tənqid edən məqalə yayıb

12:33 - 16 / 08 / 2017
Rusiya portalı Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını kəskin tənqid edən məqalə yayıb

Rusiyanın KM.RU portalında Daşnaksütyun partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasının kəskin tənqid edildiyi məqalə verilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalənin müəllifi Daniil Preobrajinski Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü xatırladaraq bu cür addımların anlaşılmaz və təzadlı olduğunu qeyd edib.

O yazır ki, iyulun 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri İkinci Dünya müharibəsi illərində şəhidlərin xatirəsinə hörmətsizliyin yolverilməzliyi haqqında bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, tarixin yenidən yazılması, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması və təhrif edilməsi, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi cəhdləri istiqamətində atılan məqsədyönlü addımlar qətiyyən yolverilməzdir və qınanılır.

Məqalədə vurğulanır ki, qəbul edilən bəyanata baxmayaraq, hələ 2016-cı ildə İrəvanda Daşnaksütyun Partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə abidə qoyulub. Bu azmış kimi, Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə abidənin təntənəli açılış mərasimi də keçirilib.

“Sarkisyanın “məclisin səbəbkarı”nın tərcümeyi-halı ilə tanış olmamasını təsəvvür etmək çətindir”, - yazan müəllif diqqətə çatdırır ki, hələ XX əsrin əvvəlində Njde Daşnaksütyun işi üzrə cinayətə cəlb olunub və bir neçə il həbsxanada saxlanılıb. Tarixi bilməyənlər üçün xüsusi qeyd edilir ki, Daşnaksütyun inqilabdan əvvəl terrorçu əməliyyatla məşğul olub. İkinci Dünya müharibəsi zamanı Njde nasistlərlə fəal əməkdaşlıq edib, Reyx naziri Rozenberqə müraciət edərək Ermənistanı Almaniyanın müstəmləkəsinə çevirməyi xahiş edib.

Almaniyanın məğlubiyyətindən sonra Njde həbs olunub və ona 25 il azadlıqdan məhrum olunma cəzası verilib. 1955-ci ildə o, Vladimir həbsxanasında ölüb. İllər keçdi, SSRİ dağıldı və hazırkı vaxtda Ermənistan rəhbərliyi bu şəxsə paytaxtda abidə ucaltmağa qərar verdi. Njdenin nə Hitler hakimiyyətinin nümayəndələri ilə əməkdaşlığı, nə də ki Ermənistanın Reyxin müstəmləkəsinə çevrilməsi xahişi onun İrəvanda abidəsinin ucaldılmasına mane ola bilmədi. Bu, yeganə misal deyil. 2005-ci ildə Ermənistanın cənubunda Njhdenin xatirəsinə memorial kompleks və park salınıb. Ziddiyyət göz qarşısındadır. Bir tərəfdən Ermənistan nasistlərin vasitəçisinə abidə ucaldır, digər tərəfdən isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi diplomatik səviyyədə belə hərəkətləri qınayır.

Müəllif qeyd edir ki, Ermənistan nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqçiliyin, ksenofobiyanın və onunla bağı olan dözümsüzlüyün müasir formalarının eskalasiyana təkan verən təcrübələrlə mübarizəyə dair BMT Baş Məclisinin qətnamələrinin həmmüəlliflərindən biridir.

“İrəvanda Njdeyə abidənin ucaldılmasını nə ilə izah etmək olar? Bu həmin qətnamənin pozulması deyil mi? Yaxud Ermənistan ikili siyasəti ilə nə demək istəyir? Suallar təbii ki, açıq qalır.

S.Xankişiyeva

 

Paylaş:
526

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər