Boliviyanın XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Boliviyanın XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək

17:29 - 17 / 08 / 2017
Boliviyanın XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.

S.Xankişiyeva

Paylaş:
571

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər