Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib - FOTO

19:56 - 17 / 08 / 2017
Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib - FOTO

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə azərbaycanlı həmkarları arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən kütləvi qırğın silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparılıb.

1news.az

Paylaş:
795

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər