Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatının yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatının yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

17:19 - 18 / 08 / 2017
Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatının yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb

Prezident İlham Əliyev  Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılmış, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.

Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq 54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm, uzunluğu 3,0 km olan magistral su kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 15,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-400 mm, uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 (beş milyon yeddi yüz səksən min) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

Paylaş:
765

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər