XİN: Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb

11:17 - 18 / 08 / 2017
XİN: Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb

Barselonada terror hücumlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

Mövzu ilə əlaqədar oxuyun:

İlham Əliyev İspaniya kralına başsağlığı verib

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb – FOTO - YENİLƏNİB

Hikmət Hacıyev: Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmi kəskin şəkildə qınayır

S.Xankişiyeva

Paylaş:
848

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər