Prezident İlham Əliyev Göygöl rayonuna səfərə gəlib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Göygöl rayonuna səfərə gəlib

15:04 - 19 / 08 / 2017
Prezident İlham Əliyev Göygöl rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Göygöl rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

1news.az

 

Paylaş:
1177

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər