Mübariz Əhmədoğlu: Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər

13:10 - 21 / 08 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanda nəinki Türkmənistan, heç  İran mövzusunu bilmirlər

Prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhani ilə görüşü ilə bağlı Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistan-İran-Türkmənistan qaz və elektrik enerjisinin mübadiləsi mövzusunun müzakirə olunması barədə də informasiya öz əksini tapmışdı. Bu erməni siyasətçilərinə İranla, o cümlədən Türkmənistanla əlaqələrə yeni PR xarakter verməyə şərait yaratdı. Reallıq isə ayrı şeydir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu görə Sərkisyanın İran prezidenti Həsən Ruhani ilə görüşü ilə bağlı xəbəri şərh edərkən bildirib:

“İran indi əvvəlki İran deyil. Əvvəlki İran Azərbaycan Respublikasının düşmənçilik kimi qəbul edəcəyi regional layihələri reallaşdırmağa tabu qoymuşdu. Bizdə olan məlumata görə bu tabu barədə Ermənistan rəhbərliyinə məlumat çatdırılıb. İran daxili siyasətini indiki geosiyasi reallıqları nəzərə almaqla yenidən qurur.

Sepahçılarla prezidentin tərəfdarları arasında narazılığın mahiyyəti də budur. Belə vəziyyətdə bir qrup İran məmurunun davranışı özlərinin korporativ maraqları üzərində qurula bilər. Hər şey Ali rəhbərin idarəçiliyi ilə baş verir”.

Politoloqun fikrincə, görünür, İrandakı bu reallıqları Ermənistanda bilmirlər və ya bilmək istəmirlər.

“Ermənistanın istinad nöqtəsi İran daxilində baş verənlərdən çaş-baş qalmış bir qrup İran məmurdur. O məmurlar Ermənistan və Gürcüstan vasitəsilə Qrinkard və ya viza alıb ailə üzvlərini və mülklərini ABŞ-a köçürmüş məmurlar və bu prosesi reallaşdırmağa hazırlaşan məmurlardır. Belələri H.Ruhaninin komandasında çoxdur. SEPAH-çılarla H.Ruhaninin komandası arasındakı mübarizə gec-tez onları  da əhatə edəcəkdir. Müsəlman torpaqlarının işğalı mövzusu İranın ən yuxarı dairələrində Bəhram Qasimi kimilərinin dediyindən tam fərqlənir.

İran parlamentinin erməni deputatlarından biri Jorjik Abraamyan ermənilərinə Bəhram Qasiminin dediklərindən hay-küy yaratmamağı tövsiyə edir. J. Abraamyanın fikrincə, B. Qasiminin bəyanatından o nəticəyə gəlinməməlidir ki, İranın Ermənistana münasibəti yaxşı, Azərbaycana münasibəti pişdir”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, İranın iqtisadi və enerji kommunikasiyalarında əsas üz çevirdiyi dövlət Azərbaycandır.

“Bunu H.Ruhaninin bəyanatları və vitse-prezident İ.Cahangirinin yaxınlarda İranla Azərbaycan arasında dəmir yolu tikintisinə göstərdiyi münasibət təsdiq edir. Ermənilər İranın Rusiyadakı iki rəsmisinin bu mövzuda verdiyi bəyanatlara diqqət yönəltsələr biliklərini müəyyən qədər artırmış olarlar. Türkmənistan mövzusu Ermənistan siyasi elitasının ümumiyyətlə qavraya bilmədiyi mövzudur. Hal-hazırda Türkmənistan İrana qaz nəql etmir. İran qaz nəqlini dayandırdığına görə əvvəllər Türkmənistanı ittiham edirdi, beynəlxalq məhkəmə ilə hədələyirdi. İndi İran Türkmənistana qarşı bu iddialarından əl çəkib. İranın Türkmənistan üzrə ticarət attaşesi Rəhmətullah Xormali yaxınlarda Türkmənistanın İrana qaz nəql edə bilməməsinin səbəbini dünya bazarında qazın qiymətinin dəyişməsi ilə əlaqələndirdi. Xormali vəziyyəti izlədiklərini bildirdi. Eləcə də İran mərkəzdən Türkmənistanla həmsərhəd rayonlarına qaz kəməri çəkdi. İranın indi Türkmənistandan qaz almağa nəinki ehtiyacı yoxdur, ümumiyyətlə şimal-şərq istiqamətində qazının nəqlinin yeni diverfisikasiyasını apardı və bu diverfisikasiya Ermənistanın ziyanınadır.  Ona görə ermənilərin Türkmənistandan İran vasitəsilə qaz almasına hava şarının partlaması kimi yanaşmaq daha düzgündür. Ermənistan prezidenti bu şarın partlaması ilə Rusiyanın qorxacağını düşünür. Avqustun 5-də H.Ruhani ilə görüşən S.Sərkisyan dəqiq bilirdi ki, avqustun 3-dən RF qaz kəmərinin təmiri adı ilə bir ay müddətinə Ermənistana qaz nəqlini dayandırıb. Səbəb siyasidir, Ermənistan ikibaşlı oyunlar oynayır. NATO-nun hərbi təlimlərində iştirak edir, ərazisində ABŞ və Britaniya hərbçiləri hərbi təlim keçirirlər.

Beləliklə S.Sərkisyanın bu şar partlayışı, ola bilər pis qoxusu ilə fərqlənsin. Amma İran bu şarın içinə tez alışan qaz da doldura bilər. Bu isə onu partladanların əl və üzünü yandıracaq”.

S.Xankişiyeva

Paylaş:
862

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər