FHN meşə yanğınlarını söndürmək üçün Gürcüstana helikopter göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN meşə yanğınlarını söndürmək üçün Gürcüstana helikopter göndərib

16:11 - 21 / 08 / 2017
FHN meşə yanğınlarını söndürmək üçün Gürcüstana helikopter göndərib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, helikopter Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində istifadə olunacaq.

“Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək”- deyə, FHN-dən bildiriblər.

Babək Cahandarov

Paylaş:
1273

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər