Eynəyi formasina görə deyil, keyfiyyətinə görə seçmək lazımdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Eynəyi formasina görə deyil, keyfiyyətinə görə seçmək lazımdır

19:44 - 21 / 08 / 2017
Eynəyi formasina görə deyil, keyfiyyətinə görə seçmək lazımdır

Eynək çərçivəyə salınmış şüşə və şüşələrdən hazırlanmış bir vasitədir.

Ondan müxtəlif məqsədlərlə-görmə pozğunluğunu aradan qaldırmaq və yaxşı görməni təmin etmək, xarici təsirlərdən müdafiə olunmaq, elektromaqnit şüalanmalarından qorunmaq və ya sadəcə aksessuar kimi istifadə edilir.

Yay fəsli gün eynəklərinin daha çox istifadə olunduğu dövrdür. Ona görə də gün eynəyi seçərkən və alarkən çox ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, çox vaxt eynək seçərkən onun hazırlandığı materiala və keyfiyyətə yox, formasına üstünlük verilir və belə seçimin nəticəsi olaraq sonradan gözdə və orqanizmdə müxtəlif fəsadlar yaranır. Hətta həkim məsləhəti olmadan alınan eynəklərdən uzun müddət istifadə edilməsi gözdə müəyyən xəstəliklərinin yaranma ehtimalını artırır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, gün eynəkləri əsasən üç qrupa bölünür: kosmetik, gündən qoruyan adi və yüksək müdafiə qabiliyyətinə malik eynəklər.

Kosmetik eynəklər vizual funksiya daşıyır, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar gözləri günəşdən qorumasa da, ziyan da vurmur. Adi gün eynəkləri orta iqlim qurşağının tələblərinə cavab verən gün eynəkləridir. Yüksək müdafiə qabiliyyətinə malik eynəklər isə ilk növbədə hündür dağlıq və qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüalar deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırır. Belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istifadə etmək olar.

“Xameleonlar” adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq işıqlandırmadan asılı olaraq rəngləri dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" həm güclü, həm də zəif dərəcədə tutqunlaşırlar.

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından ən rahat olanını seçməkdir. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət etmək lazımdır. Görmə qabiliyyətində problemlər olanda həkim-oftalmoloqun məsləhəti düzgün dioptriyalı gün eynəyi seçməyə kömək edir.

1news.az

Paylaş:
797

Son xəbərlər

Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTOBu gün, 13:40Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:46Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29
Bütün xəbərlər