Füzulidə 5 otaqlı ev yanıb

Füzuli rayonunda evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Böyük Bəhmənli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə və evə bitişik ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
950