Xalq artistinin evindən seyf oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artistinin evindən seyf oğurlanıb

11:40 - 21 / 08 / 2017
Xalq artistinin evindən seyf oğurlanıb

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

Xalq artisti bu barədə polisə məlumat verib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

Babək Cahandarov

Paylaş:
854

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər