Yulğun kollarını məhv edən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yulğun kollarını məhv edən şəxs cərimələndi

12:03 - 21 / 08 / 2017
Yulğun kollarını məhv edən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.

İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat  məbləğində ziyan tətbiq olunub.

Babək Cahandarov

Paylaş:
1582

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər