Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır | 1news.az | Xəbərlər
Siyasət

Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır

12:33 - 21 / 08 / 2017
Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır

Bu gün Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb. Qlobal Gənc Liderlər Forumu əla ideyadır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.

 “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”, - deyə sabiq Prezident bildirib.

Valdis Zatlers qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır.

S.Xankişiyeva

Paylaş:
591

Son xəbərlər

Muxtar Babayev Konqo Prezidenti ilə görüşübBu gün, 15:24İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edibBu gün, 15:23Küçəyə atılan bir həftəlik körpənin vəziyyəti necədir? - Qurum rəsmisi açıqladı - YENİLƏNİBBu gün, 15:04Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunurBu gün, 14:58Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdürBu gün, 14:51UEFA Türkiyə millisinin futbolçusu Merih Demiral ilə bağlı qərarını açıqladıBu gün, 14:47İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edibBu gün, 14:40Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaqBu gün, 14:13Nazir Qarabağ Universiteti ilə bağlı paylaşım edib - FOTOBu gün, 14:12İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - FOTOBu gün, 13:56Aeroport şosesində qəza olubBu gün, 13:50Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTOBu gün, 13:40Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:463 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52
Bütün xəbərlər