Bakının mərkəzində brend mağaza yanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində brend mağaza yanıb – FOTO

15:05 - 22 / 08 / 2017
Bakının mərkəzində brend mağaza yanıb – FOTO

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin “Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də təxliyyə işləri aparılır.

S.Xankişiyeva

 

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər