Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub

17:40 - 22 / 08 / 2017
Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.

S.Xankişiyeva

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər