Bu il 250 nəfər əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il 250 nəfər əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

19:06 - 22 / 08 / 2017
Bu il 250 nəfər əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir.

1news.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, bu ilin ötən dövrü ərzində nazirliyin xətti ilə əlavə olaraq 250 nəfər əlil əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb olunub. Onlardan 180 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib. Əlillərin qalan hissəsi isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə təşkil edilən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar.

Həmin kurslarda əlillərə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, xalçaçılıq, rəssamlıq, tikişçi, mühasib, qənnadçı və s. peşələr öyrədilib. Kursları başa vuranlara peşə sertifikatları alıblar və onların yiyələndikləri peşələr üzrə iş yerləri ilə təmin olunmaları üçün nazirliyin rayon və şəhər məşğulluq mərkəzlərinə tapşırılar verilib.

Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində əlavə olaraq 300 nəfərdən çox əlil münasib işlə təmin edilib.

1news.az

Paylaş:
582

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər