Lerikdə faciə: bir ailənin 3 üzvü yanaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə faciə: bir ailənin 3 üzvü yanaraq ölüb

09:24 - 22 / 08 / 2017
Lerikdə faciə: bir ailənin 3 üzvü yanaraq ölüb

Bu gün gecə saatlarında Lerik rayonunun Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və  aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğının  kəşfiyyatı  zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən  evdən çıxarılaraq  Təcili Tibbi Yardım xidmətinə təhvil verilmiş  və ona yerində  ilkin tibbi yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən ev sahibi  1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə  Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

 

Paylaş:
782

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər