Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

09:56 - 22 / 08 / 2017
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

1news.az-a Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

S.Xankişiyeva

Paylaş:
672

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər