Dinozavrların nəsil ağacının “keçid növü” tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dinozavrların nəsil ağacının “keçid növü” tapılıb

12:33 - 22 / 08 / 2017
Dinozavrların nəsil ağacının “keçid növü” tapılıb

Alimlər daşlaşmış qalıqları 2004-cü ildə Cənubi Amerikada aşkar edilmiş və 2015-ci ildə “Chilesaurus” olaraq təyin olunmuş növün dinozavrların nəsil ağacının “keçid üzvü” ola biləcəyi ideyasını irəli sürüblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, İngiltərənin Kembric Universiteti və London Təbii Tarix Muzeyi nəzdində həyata keçirilən araşdırmada “Chilesaurus”un tam olaraq hansı ailəyə daxil olduğunun müəyyənləşdirilməsi üçün 450-dən çox dinozavr cinsinin anatomik xüsusiyyətləri incələnib.

Tədqiqatlar onu deməyə əsas verib ki, “Chilesaurus” iki ayaqlı olması ilə “Theropods”a bənzəyir, ancaq uzun, düz dişlərinə görə otyeyəndir. Bundan əlavə, o, quşlara bənzər omba sümüyünə görə isə “Ornithischia” ailəsi ilə eyni xüsusiyyətlərə malikdir.

Araşdırmalar nəticəsində fərqli növlərin xüsusiyyətlərinə malik “Chilesaurus”un ətyeyən və otyeyən iki əsas qrup arasında keçid üzvü ola biləcəyi ehtimal edilir.

Babək Cahandarov

Paylaş:
574

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər