Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz çox olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz çox olub

16:11 - 23 / 08 / 2017
Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz çox olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Departamentdən 1news.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə avqustun 23-ü saat 15:00-də Bakıda və Abşeron yarımadasında tozun miqdarının bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00 də bu göstərici 32 faiz təşkil edib.

Babək Cahandarov

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər