Bakının Nərimanov rayonunda yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nərimanov rayonunda yanğın baş verib

23:48 - 23 / 08 / 2017
Bakının Nərimanov rayonunda yanğın baş verib

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 10 m² sahədə məişət tullantıları və 6 m² sahədə taxtadan ibarət hasar yanıb.

Yüksək temperaturdan bitişik çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində quraşdırılmış 2 ədəd kondinsioner qismən, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 m² olan eyvanın plastik pəncərəsi əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
689

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər