Putin və Sarkisyan Qarabağı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Putin və Sarkisyan Qarabağı müzakirə edib

09:28 - 24 / 08 / 2017
Putin və Sarkisyan Qarabağı müzakirə edib

Soçidə Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında görüş başa çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dair məsələlər müzakirə edilib.

“Biz siyasi dialoqu intensiv şəkildə davam etdiririk, iqtisadiyyat, təhlükəsizlik və hərb işi sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Biz həmçinin beynəlxalq təşkilatlar və birliklər çərçivəsində aktiv əməkdaşlıq edirik”, - deyə  V.Putin deyib.

S.Xankişiyeva

Paylaş:
781

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər