Neftçalada ekskavatorla “VAZ-2106” toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada ekskavatorla “VAZ-2106” toqquşub: ölən var

13:23 - 25 / 08 / 2017
Neftçalada ekskavatorla “VAZ-2106” toqquşub: ölən var

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 17:00 radələrində Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri Şamil Quliyevin idarə etdiyi “Hyundai” markalı ekskavatorla İbad Rzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər