Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

20:00 - 25 / 08 / 2017
Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) saat saat 10:00-da başlayacaq qəbulda Yardımlı ilə yanaşı Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Ləkəran şəhəri, Fizuli küşəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) xahiş olunur.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər