Bakıda hava küləkli olacaq, rayonlarda yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hava küləkli olacaq, rayonlarda yağış yağacaq

13:27 - 26 / 08 / 2017
Bakıda hava küləkli olacaq, rayonlarda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə  21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz  30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760  mm civə sütunu, nisbi rütubət  gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə  24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər