V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı başlayıb – FOTO

14:23 - 26 / 08 / 2017
V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı başlayıb – FOTO

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən V Qəbələ Beynəlxalq Mürəbbə Festivalına start verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunan bayram tədbirində dünyanın 22 ölkəsindən - Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çinin şirniyyatçı komandaları iştirak edir.

Həmçinin festivalda Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur. Hər bir iştirakçı festivala 8 növ mürəbbə ilə qatılıb.

Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunur. Festivalın rəsmi açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edir.

Babək Cahandarov

Paylaş:
1063

Son xəbərlər

Bütün xəbərlər