FHN: Yanğının baş verdiyi əraziyə nazirliyin canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Yanğının baş verdiyi əraziyə nazirliyin canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib

15:31 - 27 / 08 / 2017
FHN: Yanğının baş verdiyi əraziyə nazirliyin canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib

Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları hadisə yerinə cəlb edilib.

1news.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər