Suraxanıda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda yanğın olub

18:02 - 27 / 08 / 2017
Suraxanıda yanğın olub

Bakının Suraxanı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, bitişik ümumi sahəsi 4 m2 olan hamam otağının lambirindən ibarət tavanı 4 m2 sahədə və həyətyanı sahədə 300 m2 sahədə quru ot yanıb.

Evin və hamam otağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər