Ramin Quluzadə Göygöldə vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Quluzadə Göygöldə vətəndaşlarla görüşəcək

16:30 - 28 / 08 / 2017
Ramin Quluzadə Göygöldə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Göygöl şəhərində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərinin iştirak edəcəyi görüşdə əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərə toxunulacaq.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıda göstərilən nömrələrə zəng etmələri xahiş olunur.

Göygöl rayonunda                02220 55013

Gəncə şəhərində                   02225 71617

Naftalan şəhərində                02235 22106

Goranboy rayonunda            02224 52106

Samux rayonunda                 02227 51199

Daşkəsən rayonunda            02221 53020

Kəlbəcər rayonu üzrə           02226 75099

Xocalı rayonu üzrə          02235 21698

Babək Cahandarov

 

 

Paylaş:
728

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər