Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən azad edilib

17:20 - 28 / 08 / 2017
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən azad edilib

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən azad olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, 40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.

Araşdırmaya əsasən, sürücünün Hacıyev Rahib Nurəddin oğlu olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb. Kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 40 nömrəli müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.

M.Ağayevin sözlərinə görə, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunvericiliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tədbirlər görüləcək.

“Bununla yanaşı qeyd etmək istəyirik ki, bu kimi xoşagəlməz hallarla mübarizədə ictimaiyyətin fəallığı olduqca əhəmiyyətlidir. Son bir ildə məhz ictimai fəallıq, eləcə də ictimai qınaq sayəsində nəqliyyat sahəsində, o cümlədən marşrut şəbəkəsində mövcud olan bir sıra məsələlərin həllinə nail olunub. Bunları nəzərə alaraq, ictimaiyyəti Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı daha da genişləndirməyə çağırırıq”, - deyə M.Ağayev vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
629

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər