Oğuz və Qəbələdə meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub

Oğuz və Qəbələ rayonlarının ərazilərində yerləşən meşə zolaqlarında yanğınlar baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, dünən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınların baş verməsi ilə bağlı məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb.
“Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək”- deyə, FHN-dən bildiriblər.
Babək Cahandarov