Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı müraciət edib

14:31 - 29 / 08 / 2017
Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı müraciət edib

Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.
 
1news.az xəbər verir ki, bununla bağlı səfirliyin “Facebook” səhifəsində məlumat yerləşdirilib. Məlumatda deyilir ki, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir:
 
“Təbii fəlakətlə əlaqədar olaraq vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. 
Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur - 281-464-(4851)(4852)(4853)(4854)(4855)”.

P.Sultanova

Paylaş:
826

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər