“Çelsi” - “Qarabağ” oyununa görə əlavə viza görüş günləri müəyyən edilib | 1news.az | Xəbərlər
Siyasət

“Çelsi” - “Qarabağ” oyununa görə əlavə viza görüş günləri müəyyən edilib

15:33 - 29 / 08 / 2017
“Çelsi” - “Qarabağ” oyununa görə əlavə viza görüş günləri müəyyən edilib

Böyük Britaniyanın Bakıdakı Viza Müraciət Mərkəzi “Çelsi”  “Qarabağ” oyununa görə Londona səyahət edənlər üçün əlavə viza görüş günləri müəyyən edib.

Bu barədə 1news.az-a Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Viza Müraciəti Mərkəzi 29, 30 və 31 avqust tarixlərində “Çelsi” “Qarabağ” futbol oyununa qatılmaq istəyən azarkeşlərin  viza müraciətləri üçün əlavə görüşlər təyin edib.

Azarkeşlər  əvvəlcədən online müraciət etməli və və əsas viza xidmətini seçməklə buradan (https://www.gov.uk/apply-uk-visa) görüş təyin edə bilərlər. Erkən müraciət etmək vizanın vaxtında alınmasını təmin edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

P.Sultanova

Paylaş:
907

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər