Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

17:02 - 29 / 08 / 2017
 Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə səfir Soli Rüstəm etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Soli Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov Səfir Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

P.Sultanova

 

Paylaş:
756

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər